Rasim Məmmədov əmlaklarını geri istəyir
Tarix: 08-05-2025 14:26 | Bölmə: Cəmiyyət
Rasim Məmmədov əmlaklarını geri istəyir

“Baku Steel Company”nin həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədovun barəsindəki qərardan kassasiya şikayəti verilib. 

Məlumata görə, şikayət artıq Ali Məhkəməyə daxil olub. 

O, müsadirə edilmiş əmlaklarının geri qaytarılmasını istəyir. 

Qeyd edək ki, Rasim Məmmədov DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə onun 70 milyonluq əmlakı müsadirə edilib. Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 3 ay azaldıb, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmədə də şikayətini təmin etməyib. 

Xatırladaq ki, daha əvvəl Ali Məhkəmə müsadirə edilən əmlaklarla bağlı şikayətləri rədd edib(Pravda).




Bölməyə aid digər xəbərlər
Dünən, 12:08 Sabah yağış yağacaq