Daha bir məktəb direktoruna cinayət işi açılıb
Tarix: 06-12-2023 16:26 | Bölmə: Xəbərlər
Daha bir məktəb direktoruna cinayət işi açılıb

Tərtər məktəbində dövlət vəsaitinin mənimsənilməsi aşkarlanıb, cinayət işi başlanıb.

Reyting.az
Tərtər Rayon Prokurorluğuna istinadla xəbər verir ki rayonun D.Əzizov adına Şıxarx 1 nömrəli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində fərdi təhsilə cəlb olunmuş şagirdlərə tədris olunmayan fənlərə görə əməkhaqqı ödənilməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Tərtər Rayon Prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb