Həcc ziyarətinə kvota müəyyənləşib
Tarix: 16-04-2024 13:35 | Bölmə: Xəbərlər
Həcc ziyarətinə kvota müəyyənləşib

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 500 kvota yeri ayırıb.

Reyting.az
xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemə məsul şəxs olan Vüsal Cahangiri deyib.

Qeyd edək ki, Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 12-dən başlayıb. Ziyarətin bir nəfər üçün qiyməti 5 850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}