Polşa rusiyalı kəşfiyyatçını axtarır
Tarix: 07-10-2024 00:14 | Bölmə: Xəbərlər
Polşa rusiyalı kəşfiyyatçını axtarır

Rusiya kəşfiyyatının zabiti Pablo Qonzales (digər adı Pavel Rubtsov-red.) Avropada uzun müddət rus müxalifətinin lideri Aleksey Navalnını izləyib.

Reyting.az
xəbər verir ki, İspaniyanın "El Mundo" nəşri bunu Pablo Qonzalesə qarşı Polşada araşdırılan casusluq işi üzrə istintaqın sənədlərinə istinadla yazıb.

Bildirilir ki, kəşfiyyatçı P. Qonzales Avropada A. Navalnının arxasınca düşüb. Hətta A. Navalnı 2017-ci ildə Avropada ikinci dəfə həkimlərə müraciət edəndə də P. Qonzales onu izləyirmiş.

İspaniya xüsusi xidmət orqanlarına daxil olan materiallara görə, casus Qonzales Rusiya tərəfinə Navalnının müalicə olunduğu Barselona və Lozannadakı klinikalar haqqında ətraflı məlumatlar da ötürüb.

Hətta Qonzalesin Navalnı ilə ən azı iki dəfə görüşdüyü də bildirilir. O, görüşlərin birində Navalnı (2020-ci ildə xüsusi maddə olan "Noviçok"-la zəhərləndikdən sonra) ilə selfi də çəkdirib.

İddiaya görə, P. Qonzales jurnalist (hərbi müxbir) kimi uzun müddət gizli fəaliyyət göstərən rus kəşfiyyatçısıdır.

Qeyd olunur ki, Avropada Rubtsov kimi tanınan agent Qərb ölkələrinin avqustun 1-də müzakirə etdikləri və daha sonra genişmiqyaslı mübadilə çərçivəsində Rusiya diplomatik kanalı vasitəsilə Moskvaya təhvil verilmiş səkkiz nəfər keçmiş məhbusun arasında olub. Bunun müqabilində Rusiya 16 siyasi məhbusu Qərbə təhvil verib.

P. Qonzales haqqında neçə-neçə yeni faktların ortaya çıxması bu mübadilədən sonra baş versə də, Polşa dövləti məlum sənədlərə biganə qalmayıb.

Avropada P. Rubtsov kimi tanınan P. Qonzalesi Polşa dövləti qiyabi olaraq casusluqda ittiham edir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}