Almaniya aeroportlarında baş verənlər Rusiyanın təxribatıdır?
Tarix: 03-01-2025 23:10 | Bölmə: Cəmiyyət
Almaniya aeroportlarında baş verənlər Rusiyanın təxribatıdır?

Almaniyadakı hava limanlarında girişlərə nəzarət etmək üçün istifadə edilən federal polisin kompüter sistemlərində nasazlıq yaranıb.

Reyting.az
xəbər verir ki, bu barədə "Bild" qəzeti yazıb.

Bildirilir ki, sərnişinləri yoxlamaq üçün istifadə olunan sistemlər qəfildən qarışıb. Frankfurt Hava Limanındakı yerli polisin sözçüsü çətin vəziyyətdən çıxmaq üçün məcbur şəkildə "sistemin bir çox işləri əl ilə etməli olduğunu" söyləyib.

Hazırda bir sıra şübhəli versiyalar olsa da, baş vermiş bu uğursuzluğun əsas səbəbi hələ məlum deyil.

Məlumata görə, Almaniyada yaranmış bu problem həm də Düsseldorf, Köln, Bonn və Dortmund, eləcə də Frankfurt hava limanlarında da müşahidə olunur. Problem hələ də həllini tapmayıb.

Bununla belə, alternativ sistemdən yalnız Frankfurtda istifadə olunur, Düsseldorfda isə gələn sərnişinlər sistemdə baş vermiş qəzaya görə, hələlik aeroport ərazisində, təyyarədə qalırlar.

Almaniyanın bəzi ekspertləri hətta "Rusiya təxribatı" versiyasını xüsusi araşdırmağı təklif ediblər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
28-12-2024, 13:02 Sabah yağış yağacaq
26-12-2024, 12:56 Sabah yağış yağacaq

bütün xəbərlər