Çində yeni yoluxucu xəstəlik yayılıb
Tarix: 05-01-2025 12:11 | Bölmə: Xəbərlər
Çində yeni yoluxucu xəstəlik yayılıb

Çində insan metapnevmovirusu yayılıb.

Bu barədə Çin Xalq Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktika İdarəsi dekabrın 23-dən 29-dək aparılan tənəffüs nümunələrinin analizlərinin nəticələrinə istinadən məlumat yayıb.

Bu xəstəlik insanlarda kəskin respirator virus infeksiyasına səbəb olur. Metapnevmovirusu əsasən 14 yaşa qədər insanlara təsir göstərir.

Metapnevmovirus bütün Çində aktiv şəkildə yayılır. Həmçinin, son bir ayda aparılan təhlillərə əsasən insanlar paraqrip, koronavirus, bokavirus və müxtəlif tənəffüs yolları xəstəliklərinə yoluxurlar(Report).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər