Dünyanın ən yaşlı insanı futbol azarkeşidir
Tarix: 06-01-2025 18:19 | Bölmə: Xəbərlər
Dünyanın ən yaşlı insanı futbol azarkeşidir

1908-ci ildə anadan olan braziliyalı rahibə İnah Kanabarro Lukas yaponiyalı Tomiko İtukanın ölümündən sonra dünyanın ən yaşlı insanı titulunu qazanıb.

Reyting.az
xəbər verir ki, Kanabarronun hazırda 116 yaşı var və ən yaşlı 20 insandan biridir.

Sözügedən 20 nəfərlik siyahıya 1997-ci ildə 122 yaşında vəfat edən fransız qadın Jeanne Kalment başçılıq edir.

İnah Kanabarro Lukas Braziliyanın cənubunda böyük bir ailədə doğulub və yeniyetməlik illərində dini işlərlə məşğul olub.

O, futbol azarkeşidir və onun yerli klubu “İnter” hər il ad gününü komandanın qırmızı və ağ rənglərində tort və şarlarla qeyd edir.

Kanabarro, uzunömürlülüyünün sirrinin katolik inancında olduğunu söyləyib.

Kanabarro Papa Fransiskdən 110 illik yubileyi münasibətilə təbriklər alıb və indi 118 yaşı olan Lucille Rendondan sonra indiyə qədər qeydə alınan ən yaşlı ikinci rahibədir.

Xatırladaq ki, cəmi 4 ay əvvəl Ginnesin Rekordlar Kitabına görə dünyanın ən yaşlı insanı kimi tanınan yaponiyalı Tomiko İtuka dekabrın 29-da 116 yaşında vəfat edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər