Ankarada terror törədənlərin kimliyi müəyyən edilib
Tarix: 31-10-2024 09:39 | Bölmə: Xəbərlər
Ankarada terror törədənlərin kimliyi müəyyən edilib

Oktyabrın 23-də Ankarada Türk Aerokosmik Sənayesi Şirkətinə (TAİ) qarşı törədilən terror aktı ilə bağlı istintaq davam edir.

Reyting.az
xəbər verir ki, araşdırmlar terrorçuların taksi ilə Sivasdan Polatlıya gəldiyini göstərir.

Hücumu həyata keçirən PKK terrorçuları Əli Örek və Mine Sevjin Alçiçəkin hücumdan bir gün əvvəl, oktyabrın 22-də günorta saatlarında Sivasın Kanqal rayonundakı bir restoranda nahar etdikləri öyrənilib.
Terrorçuları televiziyada görən restoran işçisinin vəziyyəti polisə bildirməsi nəticəsində terrorçunun ağ rəngli “Pekap”la başqa yerdən rayona gəldiyi müəyyən edilib. “Pekap”ın haradan gəldiyi hələ müəyyənləşməyib.

Yemək yedikdən sonra Kanqaldan Ankaraya getmək üçün avtobus şirkətlərini ziyarət edən terrorçuların avtobus tapa bilməyib taksiyə minərək Ankaranın Polatlı rayonuna getməyə qərar verdiyi üzə çıxıb.

Əldə edilən məlumata görə, kirayə götürdükləri taksi ilə Ankaraya gələn terrorçular taksi üçün təxminən 12 min Türk lirəsi ödəyiblər.

Taksi sürücüsü A.O ifadəsi alınmaq üçün polis idarəsinə aparılıb.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər