11:02 / 13-06-2025
İsrail İranda 60 məkana zərbələr endirib
10:48 / 13-06-2025
İlham Əliyev konqres iştirakçılarına məktub ünvanlayıb
10:40 / 13-06-2025
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
10:29 / 13-06-2025
İran nüvə danışıqlarını dayandırıb
10:02 / 13-06-2025
İranın 6 nüvə alimi öldürülüb
09:57 / 13-06-2025
İsrailin İrana zərbələri davam edəcək
09:27 / 13-06-2025
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
09:05 / 13-06-2025
İranın Ali Rəhbəri ölən generalların yerinə müvəqqəti təyinat edib
08:50 / 13-06-2025
Xamneinin ağır yaralanan müşaviri ölüb - Yenilənib
08:36 / 13-06-2025
Ananın Antalyada atdığı uşaq Rusiyaya qaytarılıb
08:30 / 13-06-2025
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
08:17 / 13-06-2025
“Google”nin fəaliyyətində nasazlıq yaranıb
08:09 / 13-06-2025
Xabarovskda qızıl mədəni yanır
08:06 / 13-06-2025
Donald Tramp: “Rusiya və Ukrayna məni məyus edib”
08:01 / 13-06-2025
Mariya Zaxarovanın ironiyası...
07:48 / 13-06-2025
İrana hücum səbəbindən 10-dan çox aviareys Bakıya enib
07:42 / 13-06-2025
İsrail İrana beş zərbə endirib
07:37 / 13-06-2025
Pentaqonun Qrenlandiya və Panama üçün “xüsusi strategiyası” var
07:30 / 13-06-2025
İranın ali rəhbəri İsraili hədələyir
07:23 / 13-06-2025
İsrail İranı vurmağa başlayıb
21:38 / 12-06-2025
Erməniəsilli şəxslərin məhkəməsi davam edir - Yenilənib
19:57 / 12-06-2025
"Naxçıvan" TV-nin sədri vəzifədən azad edilib - Təyinat
19:22 / 12-06-2025
Almaniya Ukraynanın silahlanmasına əlavə vəsait ayıracaq
18:33 / 12-06-2025
Fransa İranın nüvə eskalasiyasını pisləyir
18:19 / 12-06-2025
Uşaqların sosial şəbəkələrə girişi qadağan ediləcək
18:01 / 12-06-2025
İlham Əliyev Baş nazirə başsağlığı məktubu göndərib
17:51 / 12-06-2025
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
17:38 / 12-06-2025
ƏƏSMN: "Yeni sosial islahat paketi 3 milyon insanı əhatə edir"
17:33 / 12-06-2025
Prezident Şuşa ilə bağlı sərəncam imzalayıb
18:34 / 08-06-2025

22:58 / 08-06-2025

13:07 / 10-06-2025

09:31 / 09-06-2025

08:48 / 09-06-2025

22:32 / 09-06-2025

16:32 / 10-06-2025

21:10 / 09-06-2025

18:45 / 10-06-2025

13:40 / 11-06-2025

11:18 / 10-06-2025

09:22 / 09-06-2025

“Xamnəi qumarbaz deyil və riskləri nəzərə alır” - Aleks Vatanka
Tarix: 31-10-2024 13:24 | Bölmə: Slayd

İsrailin oktyabrın 26-da İrandakı strateji hərbi və müdafiə sənaye obyektlərinə hücumunun iki tərəfin strateji hesablamalarını dəyişib-dəyişdirə biləcəyini ölçmək üçün daha çox vaxt lazımdır. Lakin aydındır ki, onlar arasında birbaşa müharibəyə qadağa qəti şəkildə pozulub.
Reyting.az xəbər verir ki, bu barədə “Middle East Institute” yazıb.
ABŞ nəşrində “İran Proqramı”nın direktoru Aleks Vatankaya məxsus təhlildə qeyd edilir:
İranın regionda yerləşdirilən proksi qüvvələrə əsaslanan tərifli çəkindirmə strategiyasına baxmayaraq, İsrail İran paytaxtındakı hədəfləri vurmaq üçün sadəcə, Livan, Suriya və İraq üzərindən hava dəhlizindən istifadə etdi. Tehranda heç bir məmur bu yeni reallığı ört-basdır edə bilməz.
Oktyabrın 26-da İsrailin İrandakı bir sıra strateji hərbi və müdafiə sənaye obyektlərinə hücumundan dəyən zərərin miqyası hələ müəyyən edilməyib. Hazırda İsrail və İran irəlidə bir-birlərinə zərər vurmaq üçün öz mövqelərini və imkanlarını təsdiqləmək üçün söz döyüşü ilə məşğuldurlar. Lakin hücumun hər iki tərəfin strateji hesablamalarını dəyişdirə biləcəyini ölçüb-biçmək üçün daha çox vaxt lazımdır. Bununla belə, bir əminlik odur ki, İran və İsrail arasında birbaşa müharibəyə qarşı qadağa qəti şəkildə pozulub. Təkcə bu reallıq, şübhəsiz, hər iki ölkənin siyasətçilərinin fikrini cəmləyəcək.
Öz növbəsində, İsrail İrandakı müxtəlif obyektləri “saatlarla bombardman etməsi”nin yalnız atəş gücünün bir nümunəsi olduğunu iddia edir. İran rəsmiləri İsrailin beş iranlının ölümünə səbəb olan zərbələrini əhəmiyyətsiz hesab ediblər.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin sözlərinə görə, hücum İranın hərbi gücünə zərrə qədər də təsir etməyib. Lakin bu cür qiymətləndirməyə baxmayaraq, hətta Ali Rəhbər Ayətullah Xamnəi İsrailin hücumunun nə şişirdilməməli, nə də kiçildilməçili olduğunu bildirib, bu da Şuranın qiymətləndirməsinə ziddir.
Xamnəinin ilk bəyanatları onun öz tərəfdarları sıralarında özündən razılıq hissi ilə bağlı narahatlığına, həm də lazımsız cəsarətinə işarə edir. Bununla belə, o, İranın mümkün cavabı ilə bağlı niyyətini hələ də göstərməyib. Ayətullah Xamnəinin əsassız lovğalığa çağırışı İslam Respublikası rəsmiləri arasında İsrailin yaratdığı hərbi təhlükəni yumşaltmaq meylini əks etdirir. Məhz buna görə bir hərbi məmur İranın İsrail tərəfindən atılan “600 raketə” tab gətirməsi ilə bağlı iddiaya qısa zamanda düzəliş verdi.
Heç kimin inkar edə bilməyəcəyi şey budur ki, oktyabrın 26-da İsrail ilk dəfə İrana açıq hücum edib, halbuki bundan əvvəl (müvəqqəti olaraq) rəsmi məsuliyyəti öz boynuna götürməkdən yayına bilirdi, sui-qəsdlərə, kiberhücumlar və digər qeyri-kinetik əməliyyatlara əl ataraq təqsirkar olduğunu gizlədirdi.
İslam Respublikasının yaranmasından 45 il keçib, lakin İran və İsrail artıq münaqişələrini Livan və ya Suriya kimi yerlərdə vəkillər vasitəsilə döyüşü məhdudlaşdıra bilmirlər. İsrailin hücumu İranın “qabaqcıl” müdafiə strategiyasını əvvəlkindən fərqli olaraq, mikroskop altına qoyur.
Son 10 ildə bir çox şərhçi İranın Aralıq dənizinə quru körpü ataraq strateji dərinliyi İsrailə qədər uzatmasından danışıb. İsrail indicə İran paytaxtında hədəfləri vurmaq üçün Livan, Suriya və İraq hava dəhlizindən istifadə edib. Tehranda heç bir məmur bu yeni reallığı ört-basdır edə bilməz.
Öz növbəsində, Xamnəi indiyə qədər İsrailin aprelin 1-də Dəməşqdəki İran konsulluğuna hücumu zamanı və ya sentyabrın 27-də “Hizbullah” lideri Həsən Nəsrullahı öldürdüyü zaman etdiyi kimi becid cavab verməyi üstün tutub. O, bunun əvəzinə, İran rəsmilərinə “İsrailə necə cavab verəcəyini müəyyənləşdirin”,- təlimatı verib. Bu qeyri-müəyyənlik təəccüblü deyil. Xamnəi qumarbaz deyil və şübhəsiz, İran-İsrail münaqişəsinin idarə olunmasına gəldikdə, riskləri nəzərə alır.
Y. QACAR
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
Bu gün, 09:57
İsrailin İrana zərbələri davam edəcək
Bu gün, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
Bu gün, 07:48
İrana hücum səbəbindən 10-dan çox aviareys Bakıya enib
Bu gün, 07:23
İsrail İranı vurmağa başlayıb
Dünən, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
Dünən, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
Dünən, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
Dünən, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir
3-06-2025, 09:58
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var
3-06-2025, 08:26
Yerin maqnit qasırğası artıb
2-06-2025, 14:02
50 minlik qoşun hücumdadır, Ukrayna Sumını itirə bilər - (Yenilənib)
2-06-2025, 11:00
Paşinyan kilsəyə niyə müharibə elan edib?
2-06-2025, 08:58
Azərbaycan ərazisində zəlzələ olub
1-06-2025, 20:08
Kəlbəcərdə traktor minaya düşüb, yaralı var
31-05-2025, 16:52
Laçına növbəti köç karvanı gedib - (Yenilənib)