Baş nazir parlamentə PUA hücumundan ehtiyat edir
Tarix: 31-10-2024 09:48 | Bölmə: Xəbərlər
Baş nazir parlamentə PUA hücumundan ehtiyat edir

“Hizbullah”ın İsrailin baş naziri Benyamin Netanyahunun evinə hücumu onun iqamətgahına ziyan vurub və hazırda bu hücumun ölkəyə təsiri davam edir.

Reyting.az
xəbər verir ki, bu hücumdan sonra B. Netanyahu İHA-ların parlament binasına zərbə endirə biləcəyindən ehtiyat etməyə başlayıb.

İsrail dövlət televiziyası bu iddianı işıqlandırıb, baş nazir Netanyahunun parlamentə pilotsuz uçuş aparatları (PUA) ilə hücumdan qorxduğunu bildirib.

Xəbərdə Netanyahunun parlamentin qapalı iclasında “İndi parlamentə PUA hücumu olsa, hara gedərdik? Ən çox qorxduğum İHA-lardır. Raketlərlə mübarizədə yaxşı sistemlərimiz var. Mən anlamıram ki, parlament niyə başqa yerdə yox, daimi öz yerində toplanır”,- deyib.

İsrailin “Kanal 13” televiziyası İranın Netanyahunun iqamətgahına hücuma cavab verəcəyi ilə bağlı iddiaları paylaşıb. İsrail nazirlərinə əsaslanaraq bildirilir ki, bu hücum “əlavə cavab” tələb edir.

İrana son hücumunda İsrail 180 ballistik raket atıb. Bununla belə, Netanyahuya yaxın mənbələr onun evini hədəfə alan dron hücumunun da ayrıca cavab tələb etdiyini bildirib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər