Bu qanunu pozanlar 2500 manatadək cərimələnəcək
Tarix: 29-12-2024 18:00 | Bölmə: Xəbərlər
Bu qanunu pozanlar 2500 manatadək cərimələnəcək

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 2500 manatadək cərimələnəcək.

Reyting.az
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Belə ki, odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma nəticəsində ağacların, kolların və ya digər yaşıllıqların məhv edilməsinə və ya zədələnməsinə görə fiziki şəxslər 1000 manatdan 1200 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə ediləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər