Ukrayna Suriyaya humanitar yardım göndərib
Tarix: 27-12-2024 16:07 | Bölmə: Xəbərlər
Ukrayna Suriyaya humanitar yardım göndərib

Ukrayna Suriyaya ümumi çəkisi 500 ton olan buğda unu göndərib.

Reyting.az
-ın məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, bununla, Suriya xalqının çətin anlarında onlara dəstək verirlər.

Prezident əlavə edib ki, yaxın həftələrdə 33250 ailəyə, yəni 167 min nəfərə un verilməsi planlaşdırılır: “Hər bir bağlamanın çəkisi 15 kiloqramdır və beş nəfərlik ailəni bir ay ərzində yedizdirə bilər”.

Zelenski Suriya və onun xalqına təhlükəsizlik, sabitlik və bərpa arzulayıb:

“Biz bunun əsl dəyərini bilirik”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər