17:02 / 08-01-2025
Süni həyat yaradırlar
14:30 / 08-01-2025
Zaqatalada körpə ölüb
İlham Əliyev “Arbitraj haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Tarix: 07-01-2025 15:54 | Bölmə: Gündəm
İlham Əliyev “Arbitraj haqqında” qanuna dəyişikliyi təsdiqləyib

Arbitrajla əlaqədar ərizələrə görə müəyyənləşən dövlət rüsumları təsdiqlənib.

Reyting.az
xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Arbitraj haqqında” qanunun icrası ilə əlaqədar beş məcəllə və altı qanunda dəyişikliyi təsdiq edib.

Qanunun icrası ilə əlaqədar “Dövlət rüsumu haqqında” qanuna dəyişikliyə əsasən arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə 100 manat, müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 50 manat, arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə 100 manat, yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə 50 manat, xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 100 manat rüsum müəyyən edilib.




Bölməyə aid digər xəbərlər