14:10 / 02-04-2025
Sabah yağış yağacaq
Tramp Obama ilə rəqabət aparmaq istəyir
Tarix: 01-04-2025 11:10 | Bölmə: Xəbərlər
Tramp Obama ilə rəqabət aparmaq istəyir

ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər hansısa yolla üçüncü müddətə namizədliyini irəli sürməyə icazə verilərsə, keçmiş prezident Barak Obamanı rəqibi kimi görmək istəyir.

Reyting.az
xəbər verir ki, bunu prezident Tramp Ağ evdə keçirdiyi mətbuat konfransında bildirib.

Tramp üçüncü müddətə namizədliyini irəli sürməsinə icazə veriləcəyi təqdirdə demokratların namizədi kimi Barak Obamanın rəqibi olmasına üstünlük verəcəyini söyləyib: “Bunu çox istərdim. Bu, yaxşı olardı. İndi də insanlar məndən namizəd olmağımı xahiş edirlər”.

Tramp üçüncü müddətə namizəd olmaq üçün “heç bir araşdırma aparmadığını” deyib və əlavə edib: “Bunu edə biləcəyiniz bir yol olduğunu deyirlər”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
29-03-2025, 16:31 USAID-in taleyi məlum olub
28-03-2025, 16:37 İmişlidə zəlzələ olub