14:10 / 02-04-2025
Sabah yağış yağacaq
Çinin baş diplomatı Moskvaya gəlib
Tarix: 01-04-2025 11:16 | Bölmə: Xəbərlər
Çinin baş diplomatı Moskvaya gəlib

Çinin xarici işlər naziri Van Yi Rusiyaya səfər edib.

Reyting.az
xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Van Yi həmkarı Sergey Lavrovun dəvəti ilə martın 31-dən aprelin 2-dək Rusiyada rəsmi səfərdədir.

Xatırladaq ki, Çin Ukrayna məsələsində Rusiyaya yaxın mövqe nümayiş etdirib, müharibəyə son qoymaq üçün aparılan danışıqları dəstəklədiyini açıqlayıb. Bundan başqa, Çin, eyni zamanda Avropanın Ukraynaya sülhməramlı göndərməsi təşəbbüsünə də müsbət yanaşır.

Onu da qeyd edək ki, son dönəmlər ABŞ-Rusiya yaxınlaşması Çini ciddi narahat edən məqamlardan sayılır. Məhz bu səbəbdən də Çinin Avropa ilə əlaqələri yüksək səviyyədə olmasa da, maraqları tədricən üst-üstə düşür. ABŞ-nın Rusiyanı Çinlə əməkdaşlıqdan qoparmaq niyyətləri fonunda Çinin baş diplomatının Moskvadakı müzakirələri xüsusi maraq doğurur. Pekinin eyni zamanda müttəfiqi olan Rusiyadan son dövrlər ABŞ-la aparılan danışıqların mahiyyətinə dair məlumatlar tələb etməsi istisna deyil.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
29-03-2025, 16:31 USAID-in taleyi məlum olub
28-03-2025, 16:37 İmişlidə zəlzələ olub