Pakistan prezidentinin vəziyyəti pisləşib
Tarix: 01-04-2025 20:21 | Bölmə: Xəbərlər
Pakistan prezidentinin vəziyyəti pisləşib

Pakistan prezidenti Asif Əli Zərdari vəziyyəti qəfil pisləşib. O, təcili olaraq Kəraçidəki özəl xəstəxanaya yerləşdirilib.

Bu barədə Pakistan mətbuatı məlumat yayıb.

Pakistan Xalq Partiyasının (PPP) məlumatına görə, Zərdari hazırda müalicə alır və həkimlər onun vəziyyətini qiymətləndirmək üçün lazımi tibbi müayinələr aparırlar. Xəstəxananın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib: hüquq-mühafizə orqanları müəssisənin ərazisinə icazəsiz girişi məhdudlaşdırıb.

Xəstəxanaya yerləşdirilməsindən bir gün əvvəl prezident Nəvabşahdakı iqamətgahında Ramazan bayramı namazında iştirak edib. Orada onu Milli Assambleyanın sədr müavini Qulam Mustafa Şah, əyalət naziri Əli Həsən və bir sıra qonaqlar müşayiət edib.

Xatırladaq ki, 2024-cü ildə BƏƏ-yə özəl səfəri zamanı Dubayda təyyarədən çıxarkən Zərdarinin ayağı sınıb.

Hələlik onun səhhəti ilə bağlı rəsmi açıqlama verilməyib.




Bölməyə aid digər xəbərlər
29-03-2025, 16:31 USAID-in taleyi məlum olub
28-03-2025, 16:37 İmişlidə zəlzələ olub