Pələng beş gündə altı qadını parçalayıb
Tarix: 16-05-2025 08:28 | Bölmə: Xəbərlər
Pələng beş gündə altı qadını parçalayıb

Dünən səhər saatlarında Hindistanın Maharaştra ştatının Çandrapur rayonunda pələngin insanlara növbəti hücumu olub.

Reyting.az
xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.

Qeyd olunur ki, 54 yaşlı Kaçrabai Bharde əri Arun və dostları ilə birlikdə səhər tezdən Kərbədə kəndindən meşəyə yollanıb. Meşədə yırtıcı onun üstünə atılıb. Onun qışqırtısını eşidən insanlar qorxudan kömək üçün kəndə qaçıblar. Onlar qayıdanadək pələng Bhardeni parça-parça etmişdi. Bharde son 5 gündə qatil-pələngin qurbanına çevrilmiş altıncı qadındır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər