Bakı Şəhər İcra Hakimiyyətində yoxlama başlayıb
Tarix: 16-05-2025 11:22 | Bölmə: Xəbərlər
Bakı Şəhər İcra Hakimiyyətində yoxlama başlayıb

Maliyyə Nazirliyi Bakı Şəhər İcra Hakimiyyətinin aparatında və tabeli qurumlarında maliyyə yoxlamasına başlayıb.

Reyting.az-
ın məlumatına görə, bu barədə məlumat Tribunainfo.az-a etibarlı mənbələdən daxil olub.

Məlumatda deyilir ki, yoxlamalar əsasən Yaşıllaşdırma Təsərrüfatı Birliyində həyata keçirilir. Daha doğrusu, əsas ciddi yoxlamalar bu qurumda reallaşır.

Mənbənin iddiasına görə, bu Yaşıllaşdlrma Təsərrüfatı Birliyində maliyyə pozuntularının daha çox olmasının göstəricisi hesab oluna bilər.

Bildirək ki, hazırda Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Seyidov Mirdaməd Mirhüseyn oğludur. O, bu posta 20203-cü ildə təyinat alıb. O, Həsrət Əmrahovu əvəz edib.

Qarşı tərəfi də dinləməyə hazırıq.




Bölməyə aid digər xəbərlər