Ukrayna sayca üçüncü F-16 qırıcısını itirib
Tarix: 16-05-2025 11:44 | Bölmə: Xəbərlər
Ukrayna sayca üçüncü F-16 qırıcısını itirib

Bu gecə saat 03:30 radələrində Ukraynaya məxsus F-16 qırıcısı ilə əlaqə kəsilib. Ukrayna qırıcı təyyarəsi Rusiyanın hava hücumunu dəf etmək missiyasını yerinə yetirirmiş.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatında deyilir.

İlkin məlumatlara görə, pilot təyyarə topundan istifadə edərək üç hava hədəfini məhv edib və dördüncüsü üzərində işləyib, lakin təyyarədə anormal vəziyyət yaranıb.

“Pilot təyyarəni məskunlaşan ərazidən uzaqlaşdırıb və uğurla havaya qaldırıb”, - məlumatda deyilir.

Hərbi Hava Qüvvələri həmçinin qırıcı pilotun yaxşı olduğunu və axtarış-xilasetmə qrupunun operativ işi sayəsində onun tez tapılaraq təxliyyə edildiyini bildirib:

“Pilotun səhhəti qənaətbəxşdir, o, təhlükəsiz yerdədir, həyatı və sağlamlığı üçün təhlükə yoxdur”.

Hərbi Hava Qüvvələri əlavə edib ki, bütün halları obyektiv şəkildə aydınlaşdırmaq üçün komissiya təyin edilib və artıq öz işinə başlayıb.

Qeyd edək ki, 26 avqust 2024-cü ildə Rusiyanın kütləvi raket hücumunu dəf edərkən, Ukrayna ilk F-16-nı və onunla birlikdə ən təcrübəli pilotu - Aleksey Mesı da itirib. Ukrayna ikinci qırıcısını aprelin 12-də pilot Pavel İvanovun ölümü ilə itirib. Ukrayna prezidenti Vladimir Zelenski ölümündən sonra ona “Ukrayna Qəhrəmanı” adı verib. Ölən müdafiəçinin cəmi 26 yaşı olub.

Bu gecə baş verən hadisə isə sayca üçüncü F-16 qırıcısının sıradan çıxarılmasıdır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər