DİN: "Naməlum zənglər dərhal bloklanmalıdır"
Tarix: 16-05-2025 09:52 | Bölmə: Xəbərlər
DİN: "Naməlum zənglər dərhal bloklanmalıdır"

Vətəndaşların bank kartlarından pul oğurluğu davam edir.

Reyting.az
Daxili İşlər Nazirliyinə istiandla xəbıər verir ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır: "Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 15-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3200, 3118, 999, 908, 800, 700, 441, 393, 361, 258, 254, 150, 112, 83, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb".

Nazirlik vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edib: "Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalı, dərhal bloklanmalıdır".




Bölməyə aid digər xəbərlər