Fazil Mustafa: "Küçədə dilənçilik edən hansı uşaq tutulsa..."
Tarix: 16-05-2025 11:58 | Bölmə: Siyasət
Fazil Mustafa: "Küçədə dilənçilik edən hansı uşaq tutulsa..."

"Küçədə dilənçilik edən hansı uşaq tutulsa, dərhal valideynindən alınmalıdır".

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında 2024-cü ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair məlumatın müzakirəsi zamanı deyib.

O qeyd edib ki, dövlət dilənçiliyə cəlb edilən uşaqları öz nəzarətinə götürməli və aidiyyəti üzrə yerləşdirilməlidir.

Deputat həmçinin Azərbaycandan kənarda dini təhsilə məcburi cəlb edilən şəxsləri insan alveri qurbanı kimi qeydə alınmalı olduğuna diqqət çəkib: “Çünki din təhsili dövlətin nəzarətində olan təhsil müəssisələrində alınmalıdır. Bundan kənar dini təhsilə cəlb edilmə qanunsuzdur”(Report).




Bölməyə aid digər xəbərlər
12-05-2025, 10:20 PKK özünü ləğv edib