14:32 / 17-06-2025
Azərbaycan əhalisi artıb
12:54 / 17-06-2025
Sabah yağış yağacaq
Azərbaycan təmsilçiləri “Avroviziya-2025”də mübarizəni dayandırıb – (Yenilənib)
Tarix: 14-05-2025 01:23 | Bölmə: Slayd
Azərbaycan təmsilçiləri “Avroviziya-2025”də mübarizəni dayandırıb – (Yenilənib)

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsi başlayıb.

Reyting.az
xəbər verir ki, İsveçrənin Bazel şəhərində müsabiqənin ilk yarımfinal mərhələsi keçirilir və Azərbaycan 10 nömrə altında çıxış edir.

Yarımfinalın digər mərhələsi mayın 15-də olacaq.

Müsabiqənin qalibi mayın 17-də keçiriləcək final mərhələsində müəyyənləşəcək.

Qeyd edək ki, müsabiqədə Azərbaycan “Mamagama” qrupunun “Run with U” mahnısı ilə təmsil olunur.

***

Azərbaycan “Avroviziya-2025” mahnı müsabiqəsinin birinci yarımfinalında mübarizəni dayandırıb.

Reyting.az
xəbər verir ki, çıxışlardan sonra keçirilən səsvermənin nəticələrinə görə, Azərbaycanın yarışmadakı təmsilçisi “Mamagama” qrupu mübarizədən kənarlaşıb.

Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San Marino, Estoniya, Portuqaliya və Ukrayna təmsilçiləri finala adlayıblar.






Bölməyə aid digər xəbərlər