12:01 / 20-05-2025
Un neçəyədir? - Açıqlama
Sumqayıtdakı zavodda partlayış olub - (Yenilənib)
Tarix: 20-05-2025 13:08 | Bölmə: Slayd
Sumqayıtdakı zavodda partlayış olub - (Yenilənib)

Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib.

Reyting.az
“Report”-a istinadla xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür.

***

Sumqayıtda müəssisədə partlayışda beş nəfər xəsarət alıb, üçünün vəziyyəti ağırdır.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhərində baş verən partlayış səbəbindən mayın 20-si saat 12:20 radələrində beş kişi Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən üç nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur.

Digər iki nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır.




Bölməyə aid digər xəbərlər