Tarixi əsəri oğurlayan alman turist yaxalanıb
Tarix: 23-05-2025 13:32 | Bölmə: Dünya
Tarixi əsəri oğurlayan alman turist yaxalanıb

Alman turist icarəyə götürdüyü elektrik skuterində qədim Roma artefaktını daşıyarkən İtaliyada polis tərəfindən yaxalanıb.

Reyting.az
xəbər verir ki, Roma polisi gənc turistin skuterinin ayağında 30 kq ağırlığında mərmər sütun əsası daşıdığını görüb onu təqib etməyə başlayıb.

Qısa müddət sonra dayandırılan turist əsəri “suvenir” olaraq aldığını bildirib.

Roma Arxeologiya İdarəsi sözügedən mərmər parçasının tarixi əhəmiyyətə malik Roma əsəri olduğunu açıqlayıb. Əsərin dəqiq haradan götürüldüyünü müəyyən etmək üçün araşdırmalar davam edir.

Səlahiyyətlilər turistə qarşı heç bir ittiham irəli sürülmədiyini açıqlasa da, ona qarşı “oğurlanmış mədəni sərvətlərə sahib olmaq” ittihamı ilə istintaq başladılıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
6-07-2025, 20:08 BRICS Sammiti başlayıb