12:42 / 23-05-2025
Sabah yağış yağacaq
Yeni kansler “Şimal axını”na qarşıdır
Tarix: 23-05-2025 13:06 | Bölmə: Dünya
Yeni kansler “Şimal axını”na qarşıdır

Almaniya kansleri Fridrix Merz “Şimal axını” qaz kəmərinə qarşı Avropa İttifaqının (Aİ) təklif etdiyi sanksiyaları fəal şəkildə dəstəkləyir. F. Merzin məqsədi ABŞ və Rusiyanın bu marşrutla Rusiya qazının tədarükünü bərpa etmək səylərini dayandırmaqdır.

Reyting.az
“Financial Times”ə istinadla bildirir ki, kansler Merz qazın bu marşrutla tədarükü ilə bağlı daxili mübahisələri yatırtmağa çalışıb.

“Kremlə bağlı olan rus və amerikalı iş adamlarının şəxsi boru kəmərlərini yenidən işə salmağa çalışdığına dair xəbərlər Merzi Berlin və Brüsseldə rəsmilərlə bunun qarşısını almaq üçün müzakirələr açmağa vadar edib”,- deyə mənbə bildirib.

Əlavə olunur ki, “Şimal axını”nın Aİ-nin sanksiyalar siyahısına əlavə edilməsi onun üçün potensial olaraq siyasi problemi aradan qaldırır.

Almaniya hökumətinin sözçüsü Merzin “Şimal axını-2”yə sanksiya tətbiq etmək istədiyini təsdiqləyib.

Nəşrin mənbələri əlavə edib ki, Aİ-nin təklif etdiyi sanksiyalar boru kəmərlərinin sahibi olan İsveçrə şirkəti “Nord Stream 2 AG” və layihəni idarə etmək üçün yaradıla biləcək hər hansı digər şirkətləri hədəf alacaq.

“Şimal axını-2” ilə bağlı məhdudiyyətlərin tətbiq edilib-edilməyəcəyi hələlik bəlli deyil. Avropa Komissiyası bu məsələni Aİ hökumətləri ilə müzakirə etməlidir. Yeni sanksiyalar yalnız bütün paytaxtların yekdil dəstəyi ilə təsdiqlənə bilər.

ELÇİN




Bölməyə aid digər xəbərlər