Müəllimləri daşıyan mikroavtobus aşıb, 20 yaralı var - Yenilənib
Tarix: 24-09-2025 10:01 | Bölmə: Xəbərlər
Müəllimləri daşıyan mikroavtobus aşıb, 20 yaralı var

Gədəbəyin Maarif kəndi ərazisində mikroavtobusla minik avtomobili toqquşub.

Reyting.az
 “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə zamanı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Qəzada 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Mikroavtobusun Gəncədən Gədəbəyə gedən müəllimləri daşıdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Son məlumata görə, xəsarət alanlar - M.Babayeva, İ.Məcidili, X.Əliyeva, N.Baxışəliyeva, İ.Məmmədova, U.Tağıyeva, İ.Babayeva, T.İsgəndərova, Ə.Məcidli, S,Kazımova, E.Vəliyeva və V.Bayramova tibbi yadıma edilib. Onlar Şəmkir və Gəncədə yerləşən xəstəxanalara təxliyə ediliblər.




Bölməyə aid digər xəbərlər