14:25 / 23-09-2025
Ağdama ilk köç noyabrda olacaq
14:09 / 23-09-2025
SOCAR İtaliya şirkətindən pay alıb
14:06 / 23-09-2025
Cəlaloğlu: Daha bir neçə ölkə ilə hərbi qarşıdurma mümkündür
13:33 / 23-09-2025
Odessanı ballistik raketlə vurublar
13:28 / 23-09-2025
Masallıda antik dövrə aid küp məzar tapılıb
13:06 / 23-09-2025
Şuşanın baş planında yeniliklər edilib
12:53 / 23-09-2025
Tahir Kərimli: "Üzdəniraqları sıxışdırmaq lazımdır"
12:44 / 23-09-2025
Azərbaycanın Uzaq Şərq siyasətinin mahiyyəti
12:20 / 23-09-2025
Sabahın hava proqnozu açıqlanıb
12:16 / 23-09-2025
Dövlət Agentliyinə yeni səlahiyyət verilib
12:09 / 23-09-2025
Əsnəmək iflicə səbəb ola bilər
11:44 / 23-09-2025
"Uşaq Avroviziya 2025": Azərbaycan təmsilçisinin adı açıqlanıb
11:25 / 23-09-2025
Rusiya ordusu Ukraynanın dəmir yollarına hücum edib
11:18 / 23-09-2025
Nüvə müharibəsi riski ən yüksək həddə çatıb - Xəbərdarlıq
10:58 / 23-09-2025
Göyçayda qadına xəsarət yetirən şəxs saxlanılıb
10:55 / 23-09-2025
Ukrayna ordusu rusların hərbi kazarmalarına zərbələr endirib - Foto
10:39 / 23-09-2025
Pezeşkian Azərbaycandan gedən nümayəndə heyəti ilə görüşüb
10:35 / 23-09-2025
Qubada ayılar kəndə hücum ediblər
10:33 / 23-09-2025
Estoniya ərazisində nüvə silahı yerləşdirmək istəyirlər
10:14 / 23-09-2025
Polis əməliyyatı: iki nəfər 30 kq-dan artıq narkotiklə tutulub
10:10 / 23-09-2025
Ceyhun Bayramovla Ararat Mirzoyan ABŞ-da görüşüblər
10:06 / 23-09-2025
"Sədərək Yusif"in qardaşı uşaqlarına cinayət işi açılıb
09:53 / 23-09-2025
Shaman mahnı müsabiqəsindən razı qalıb
09:45 / 23-09-2025
Usman Dembele 2025-ci ilin “Qızıl top”unu qazanıb
09:40 / 23-09-2025
Avropa ölkələri səhvə yol verirlər - Baş nazir
09:33 / 23-09-2025
Nazir müavini: Rusiya Fələstini çoxdan tanıyıb
09:28 / 23-09-2025
Zelenski Kelloqu məlumatlandırıb
09:14 / 23-09-2025
Sabirabadda zəlzələ olub
18:00 / 20-09-2025

20:01 / 19-09-2025

23:44 / 18-09-2025

21:46 / 18-09-2025

13:58 / 19-09-2025

16:25 / 19-09-2025

11:17 / 20-09-2025

23:47 / 20-09-2025

17:16 / 18-09-2025

12:20 / 19-09-2025

17:47 / 18-09-2025

14:20 / 22-09-2025

Azərbaycanın Uzaq Şərq siyasətinin mahiyyəti
Tarix: 23-09-2025 12:44 | Bölmə: Xəbərlər

Nurlan UMUDOV
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistrantı
Azərbaycanın genişlənən siyasi-strateji maraqları yeni regionlarla əməkdaşlığı, mövcud əlaqələrin inkişafını, müttəfiq və strateji tərəfdaşların sayının artırılmasını, sarsılmaz və davamlı münasibətlərin inkişafını, siyasi və iqtisadi nüfuzu artırmağı təşviq edir. Bu siyasətin qarşılıqlı olmasını təmin edən əsas proseslərə isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etməsini və eyni zamanda regionda müstəqil və etibarlı tərəfdaş mövqeyində çıxış etməsini aid etmək olar.
Azərbaycanın mühüm strateji əhəmiyyətli regionda yerləşməsi və buradan yüksək dərəcəli dəhlizlərin, infrastruktur və layihələrin keçməsi həm Azərbaycana siyasi üstünlük qazandırır, həm də müxtəlif regionlarda yerləşən dövlətləri əməkdaşlığa sövq edir. Son illərdə bu sıralara Uzaq Şərqi Asiya regionunda yerləşən dövlətlər də qoşulur. Bu yolla həm maraqlarını ifadə edirlər, həm də qarşılıqlı əlaqələri inkişaf etdirirlər. Çin, Yaponiya, Cənubi Koreya kimi dövlətləri bu aspetdə xüsusi qeyd etmək lazımdır.
Yüksələn Azərbaycan-Çin münasibətləri və diqqətçəkən məqamlar:
Çinlə mövcud münasibətlər daha əvvəlki illərə təsadüf etsə də, yüksək inkişaf xətti və dinamizmi son illərə, xüsusən də antiterror əməliyyatından sonraya təsadüf edir. Orta Dəhliz, Şimal-Cənub Dəhlizi, Zəngəzur Dəhlizi – bir sözlə, Azərbaycanın siyasi və iqtisadi mərkəz olması Çinin maraqlarına xidmət edən əsas amillərdəndir.
Qarabağdakı son hərbi əməliyyatlardan sonra bu regiona marağın artması da təsadüfi deyil. Hər bir dövlət kimi Çinin də təhlükəsizlik prioritetləri mövcuddur və istəməz ki, ticarət və iqtisadi əlaqələr aparacağı dövlət müharibə şəraitində olsun, daxili qeyri-sabitlik, ərazi iddiaları və s. tranzit yollarına təhdid formalaşdıracaq amillər baş versin. Bunların əsasında regionda təhlükəsizliyin bərpa olunması, münaqişələrin aradan qaldırılması maraqların daha geniş şəkildə ifadə olunmasına gətirib çıxardı.
Yuxarıdakı fikri tamamlayacaq hadisələrdən biri də 2024-cü ilin iyul ayında tərəflər arasında imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması” haqqında Birgə Bəyannamədir. Bu bəyannamə ilə Azərbaycan və Çin arasında strateji tərəfdaşlığın əsası qoyuldu və 2025-ci ildə daha da inkişaf etdirildi. 23 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çində rəsmi səfərdə olduğu tarixdə Azərbaycan və Çin arasında Hərtərəfli Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat imzalandı. Bununla da qarşılıqlı etimad, əməkdaşlıq, siyasi-strateji tərəfdaşlıq daha yüksək mərhələyə keçidi.
Qarşılıqlı münasibətlərin inkişafında, genişlənməsində bir sıra başqa maraqlar və məqamlar da mövcuddur. Onlar haqqında isə ayrıca belə qeyd edə bilərik:
1. Çinin Qərbə doğru quru yolla 3 əsas tranzit xətti var ki, bunlardan ikisini Rusiya və İran təşkil edir. Həmçinin, bu dövlətlər Çinin əsas siyasi, strateji və ideoloji müttəfiqləridir. Lakin buna baxmayaraq, Azərbaycanla əməkdaşlığı seçən Çin ikitərəfli münasibətlərə xüsusi əhəmiyyət verir. Buna əsas səbəb kimi məhz İran və Rusiyanın qeyri-sabit və müdaxilələrə, müharibələrə açıq dövlətlər olmasıdır. Rusiya artıq 3 ildən artıqdır ki, Ukraynaya qarşı müharibə aparır və böyük sanksiyaların, təzyiqin altındadır. Belə olan halda Çin üçün şimal yolu öz əhəmiyyətini itirir. Bu yoldan istifadə məhdudlaşır və alternativ axtarışına səbəb olur.
Digər tərəfdən, İranın da Qərb tərəfindən sanksiyalara və təcridlərə məruz qalma amili var. Eyni zamanda 2025-ci ilin iyun ayında İsrail və ABŞ-nın İrana ortaq hücumu İranın tranzit yollarını və uçuşlarını iflic vəziyyətində qoydu. Münaqişə müddəti ərzində heç bir uçuş baş tutmadı, hava məkanı bağlandı, dəmir yolu, nəqliyyat yolları fəaliyyət göstərmədi. Belə halların təkrar baş verməsi istisna deyil və bu da Çini və maraqlarını qane etmir. Belə olan halda alternativ olaraq sabit və etimad ediləcək yeni yola ehtiyac həmişəkindən daha çox olur. Həmin ehtiyacları qarşılayacaq qüvvə məhz Azərbaycandır. Daxili sabitliyin, ərazi bütövlüyünün mövcud olması bura investisiyaların qoyulmasına şərait yaradır.
Azərbaycan Qərbə ən təhlükəsiz və zəmanətli yol təmin edir. Bu da, həm Azərbaycanın, həm də Çinin maraq və mənafelərini qarşılayır.
2. Tərəflərin tarixi oxşarlıqlara malik olması və eyni problemlərdən əziyyət çəkmələri onları mənəvi və ideoloji cəhətdən də yaxınlaşdırır. Çin son əsrlərdə müxtəlif imperiyaların işğalına məruz qalıb və bundan xeyli əziyyət çəkib. Bura yapon işğalları, Qərb dövlətlərinin Çini öz aralarında bölüşdürməsi, Mancur sülaləsinin idarəçiliyi və s. aiddir. 1949-cu ildən müstəqil və vahid dövlət prinsipi altında sürətli inkişaf xəttinə qədəm qoyan Çin günümüzün qlobal gücünə çevrilib.
Eyni hallarla üzləşmiş Azərbaycan son 2 əsrdə Çar Rusiyası, SSRİ kimi imperialist qüvvələrin işğalı altında olub. Bu da tərəflər arasında imperialist qüvvələrə qarşı ortaq fikri qabardır, müstəqil siyasətə və əməkdaşlığa sövq etdirir. Həmçinin, Azərbaycanın son illərə qədər mövcud olmuş ərazi problemi kimi, Çinin də ərazi problemləri mövcuddur. Və hər iki dövlət bir-birinin ərazi bütövlüyünü, suverenliyini və vahidliyini tanıyır ki, həmin amil qarşılıqlı etimadı və güvəni yüksək səviyyədə artırır.
3. Beynəlxalq arenada qarşılıqlı dəstəyin formalaşdırılması. Bildiyimiz kimi Çin beynəlxalq aləmdə böyük nüfuza malikdir və bir çox təşkilatın aparıcı üzvüdür. Bu amillər Azərbaycanı siyasi və iqtisadi maraqlarını təmin etmək üçün Çinlə münasibətləri inkişaf etdirməkdə maraqlı tərəf edir. Çinin BRİCS, ŞƏT kimi təşkilatlarda olması Azərbaycanın iqtisadi potensialını artırmasına töhfə verə bilər. Eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olması, həmin qurumda beynəlxalq proseslərin və regional məsələlərin həllində Çinin dəstəyindən faydalanmağa şərait yaradır.
Azərbaycan əleyhinə irəli sürülən təklif və qərarlarda Çinin veto qoymaq hüququ, digər məsələlərin həllində Azərbaycanı əməkdaş və tərəfdaş kimi təqdim etmək seçimi var ki, bunlardan Azərbaycan müsbət mənada yararlana bilər. Beynəlxalq arenada Çin kimi güclü və qüdrətli tərəfdaşın olması hər bir sahədə üstünlük qazandıracaqdır.
ABŞ dəstəkli Cənubi Koreya və Yaponiya ilə əlaqələr:
Cənubi Koreya və Yaponiya Şərqi Asiyanın və ümumilikdə dünyanın ən inkişaf etmiş texnoloji dövlətləri sırasındadırlar. Mövcud potensialları və qlobal gücləri təqdirəlayiqdir və əməkdaşlığa sövq edir.
Azərbaycan post-sovet məkanında sürətli inkişafı hədəfləyən və gələcək üçün yüksək perspektivli yatırımlar etməyə çalışan başlıca dövlətlərdən biridir. Buna görə də yerli infrastrukturun inkişaf etdirilməsi, müasir texnologiyalara keçid, innovasiyalara açıq olmaq əsas prioritetlərdən hesab olunur. Cənubi Koreya və Yaponiyanın həmin tələbatları ödəyəcək səviyyədə olmaları və dünyanın öndə gedən texnoloji nəhəngləri kimi çıxış etmələri, bu sahələrdə əlaqələri artırmağa və əməkdaşlıq imkanlarını genişləndirməyə imkan verir.
Son illərdə, daha dəqiqi, 2022-ci ildən bu yana Azərbaycanla Yaponiya arasında ətraf mühit və yaşıl enerji əməkdaşlığı; ticarət və investisiya; turizm sahəsində əməkdaşlıq; ekoloji texnologiyalar istiqamətində müzakirələr və razılaşmalar baş tutdu. Bütün bu adıçəkilən sahələrdə birgə əməkdaşlıq Azərbaycan üçün mühüm üstünlüklər və yeniliklər qazandırır. Müasir texnologiyalarla ayaqlaşmaq, yeniliklərdən geri qalmamaq üçün həmin sahələrin inkişafına və davamlılığına ehtiyac var ki, həmin dövlətlərlə əməkdaşlıq bu tələbatı qarşılaya bilər.
Yaponiya ilə yanaşı Cənubi Koreya ilə də oxşar məzmunlu əməkdaşlıqlar qurulur. 2023-cü ildən bu yana tərəflər arasında keçirilmiş rəsmi görüşlərdə iqtisadi əməkdaşlıq; rəqəmsal inkişaf və süni intellekt sahəsində əməkdaşlıq; ticarət və investisiya; Azərbaycandan Seula birbaşa uçuşların təşkili istiqamətində razılaşmalar əldə olunub və birgə əməkdaşlıqlar uyğun qaydada həyata keçirilir.
Bu cür texnoloji nəhənglərlə əməkdaşlıq sadəcə həmin regionla və ticari-iqtisadi məsələlərlə məhdudlaşmır. Əsas məsələlərdən biri Cənubi Koreya və Yaponiyanın ABŞ ilə sıx siyasi, strateji və iqtisadi əməkdaşlıq və müttəfiqlik əlaqələrində olmasıdır.
Uzaq Şərq siyasətində balansı qorumaq üçün belə bir əməkdaşlıq sahələrinin olması Azərbaycan üçün müsbət amildir. Həm Çin ilə, həm də digər iki dövlətlə əməkdaşlıq mövcud əlaqələrdə Çin və ABŞ arasında balansı saxlamağa və mümkün təzyiqlərdən yan keçməyə fürsət yaradır. Həmçinin, Cənubi Koreya və Yaponiya ilə əməkdaşlıq dolayı yolla ABŞ ilə də əlaqələrin inkişafına və genişlənməsinə dəstək ola bilər. Beləcə, hər bir dövlət öz maraqlarını təmin edir və gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsinə yol açır.
Bu cür balanslı siyasət sonrakı onilliklər üçün də təhlükəsiz və daimi əməkdaşlıq imkanları yaradır. Sözsüz ki, bugün və yaxın gələcək Azərbaycan və Çin arasında münasibətlərin zirvəyə yüksəlmə mərhələsi olacaq. Ancaq hər bir halda Çin dünyada hegemonluğa oynayan qüdrətli dövlətlərdən biridir. Qlobal güc və çoxqütblü dünyanın əsas aktoru olmaq istəyi bir neçə on illik sonra tərəfdaş dövlətlərlə münasibətlərinə təsir edə bilər. Çin günümüzün reallığında qarşılıqlı və bərabər səviyyəli əməkdaşlıqlar qurmaqda maraqlı olsa da, super güc olduğu zaman bu əlaqələrdən təzyiq vasitəsi kimi istifadə edə, tərəfdaş dövlətlərə yuxarıdan aşağı münasibət bəsləyə bilər.
Belə halların qarşısını almaq üçün Çinin əsas texnoloji və iqtisadi rəqibləri olan və mövcud olduğu regionda yerləşən dövlətlərlə də əməkdaşlıq etmək yerində atılmış addım olardı. Bu da Cənubi Koreya və Yaponiya ilə mövcud əlaqələrin daha da genişləndirilməsinə və inkişaf etdirilməsinə gətirib çıxara bilər. Bu münasibətlər möhkəmləndikcə Azərbaycanın alternativ variantları artacaq. Həmçinin, həmin dövlətlərdən heç biri dövlət əleyhinə siyasət yürütməyə cəhd edə bilməyəcəklər. Çünki belə bir vəziyyətdə digər tərəf ön plana çıxacaq və qurulmuş balans Azərbaycanın xeyrinə işləyəcək. Tərəflərdən heç biri mövcud münasibətlərdən birtərəfli şəkildə öz maraqları üçün istifadə edə bilməyəcək. Nəticə etibarı ilə Azərbaycan hər bir ehtimalda daha qazanclı tərəf olacaq.
Bölməyə aid digər xəbərlər

Bu gün, 14:25
Ağdama ilk köç noyabrda olacaq
Bu gün, 13:28
Masallıda antik dövrə aid küp məzar tapılıb
Bu gün, 12:44
Azərbaycanın Uzaq Şərq siyasətinin mahiyyəti
Bu gün, 12:16
Dövlət Agentliyinə yeni səlahiyyət verilib
Bu gün, 09:40
Avropa ölkələri səhvə yol verirlər - Baş nazir
Dünən, 23:52
Fransa Fələstini dövlət kimi tanıyıb
Dünən, 18:24
Humanoid robotların istehsalı artır - Foto
Dünən, 17:28
Xaçmazda şagird qayçı ilə vurulub
Dünən, 17:04
Mikayıl Cabbarov: "AIIF ənənəvi xarakter daşıyacaq"
Dünən, 15:13
İcarəçilərlə bağlı yeni tələblər var - Xəbərdarlıq
Dünən, 14:41
Pentaqon jurnalistlər üçün yeni qaydalar hazırlayır
Dünən, 10:43
Ukrayna rusların iki təyyarəsini məhv edib - Foto
Dünən, 10:26
Estoniya NATO-dan kömək istəyir
Dünən, 10:09
Bakının əsas mərkəzi yolları açılıb
Dünən, 09:52
Tovuzda 64 yaşlı kişi öldürülüb
Dünən, 09:07
Azərbaycanın genişlənmiş strateji maraqları
Dünən, 07:46
Fələstini dövlət kimi tanıyanların sayı artır
21-09-2025, 22:51
“Fənərbağça” klubuna yeni prezident seçiblər
21-09-2025, 16:38
"Formula 1"-in qalibi bəlli olub
21-09-2025, 14:35
Hakim vəzifəsi üçün test imtahanı keçirilib - Yenilənib
21-09-2025, 11:59
Xocalı rayonunda evə ildırım düşüb
20-09-2025, 23:47
Ülvü Qənizadə yenidən dünya çempionu olub - Foto
20-09-2025, 23:44
AzTV-nin keçmiş sədri vəfat edib
20-09-2025, 23:26
Goranboyda ər arvadını öldürüb
20-09-2025, 09:08
XİN Dövlət Suverenliyi Günü münasibətilə bəyanat yayıb
19-09-2025, 15:53
Böyürtkənli torpaq haqqında sevgi dolu kitab
19-09-2025, 14:39
Hollivud ulduzları xeyriyyə aksiyasına qoşulublar
19-09-2025, 14:25
Azərbaycan Qran-prisində qəza baş verib
19-09-2025, 14:17
Qazaxıstan araşdırır, Rusiya polisə çağırır
19-09-2025, 12:54
Ziyafət Əsgərov referendum mesajı verib
19-09-2025, 11:45
Britaniya kəşfiyyatı casuslara yeni imkanlar yaradıb
19-09-2025, 11:25
Fərhad Abdullayev Ermənistana dəvət olunub
19-09-2025, 09:11
Rusiyada 7,2 bal gücündə zəlzələ baş verib
19-09-2025, 09:01
Son sutkada Qəzzada 79 nəfəri öldürüblər
18-09-2025, 21:18
Bakıda onlayn qumar təşkil edənlər saxlanılıb - Video
18-09-2025, 17:08
Oleq Bakinskinin şikayəti təmin olunmayıb
18-09-2025, 16:21
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
18-09-2025, 12:16
Dronlar Rusiyaya zərbələr endirib
18-09-2025, 12:08
Əli Əsədov Qırğızıstana gedib
18-09-2025, 10:57
Yaponiya 100 illik rekorda imza atıb
18-09-2025, 10:53
Rusiyada azərbaycanlı iş adamını həbs etmək istəyirlər
18-09-2025, 10:17
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
18-09-2025, 09:16
Putinin müharibə əleyhdarı olan silahdaşı istefa verib
18-09-2025, 08:41
Kiyev yenə PUA-ların hücumuna məruz qalıb
18-09-2025, 08:37
Obama Trampın qüsurunu açıqlayıb
17-09-2025, 16:56
Aİ komissarı Azərbaycana gəlir
17-09-2025, 16:39
Keçmiş səfirin qızına cinayət işi açılıb
17-09-2025, 15:01
Vəkil Cavidan Osmanlıya cinayət işi açılıb
17-09-2025, 14:27
Toxunuş qızılın kütləsini azaldır
17-09-2025, 13:49
"Bakı Kart"a digər şəxs rəhbərlik edəcək