Bakıda çoxmərtəbəli bina yanır - Yenilənib
Tarix: 24-09-2025 10:17 | Bölmə: Xəbərlər
Bakıda çoxmərtəbəli bina yanır

Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində çoxmərtəbəli binada yanğın baş verib.

Reyting.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunublar.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Yanğınla əlaqədar polis əməkdaşları da hadisə yerinə cəlb olunublar.

DİN-nin Mətbuat Xidmətindən bildiriblər ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.

***

Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.

Reyting.az
xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidmətindən bildiriblər.




Bölməyə aid digər xəbərlər