Ukrayna prezidentini Brüsselə çağırıblar
Tarix: 19-06-2025 18:24 | Bölmə: Dünya
Ukrayna prezidentini Brüsselə çağırıblar

Avropa Şurası iyunun 26-da Brüsseldə Avropa İttifaqı (Aİ) liderlərinin görüşündə Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakına ümid etsə də, Prezident Aparatı hələlik səfəri rəsmi şəkildə təsdiqləməyib.

Reyting.az
-ın məlumatına görə, Aİ Şurasının rəsmisi, adının açıqlanmasını istəməyən diplomat deyib ki, Zelenski Brüsseldə keçiriləcək Avropa Şurasının sammitinə dəvət alıb, lakin gəlib-gəlməyəcəyinə rəsmi cavab verməyib.

Bununla belə, hazırda 26-27 iyunda keçiriləcək Aİ liderlərinin sammitinin gündəliyinin işçi variantında Zelenskinin orada iştirak edəcəyi qeyd olunub.

"Sammit iyunun 26-da saat 11:00-da prezident Zelenski ilə başlayacaq. Onun şəxsən, yoxsa videobağlantı vasitəsilə olacağı hələ məlum deyil",- Avropa dövlətinin diplomatı bildirib.

“European Pravda” isə yazır ki, V. Zelenski iyunun 24-25-də Haaqada keçiriləcək NATO sammitində şəxsən iştirak etmək niyyətindədir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:50 İki neft tankeri toqquşub