İran kaset bombasından istifadə edib
Tarix: 19-06-2025 18:32 | Bölmə: Dünya
İran kaset bombasından istifadə edib

İran İsrailin cənubundakı xəstəxanaya zərbə zamanı kaset bombalarından istifadə edib.

Reyting.az
xəbər verir ki, bunu "Ynetnews" nəşri İsrail ordusunun rəsmilərinə istinadla yazıb.

Qeyd olunur ki, iyunun 19-da səhər saatlarında İran ordusunun kaset bombalarından istifadə etməsi təsdiqini tapıb.

Xüsusilə, zərbə məntəqələrindən birinin ilkin təhlili zamanı məlum olub ki, hücum vaxtı Beerşeba şəhərindəki Soroka xəstəxanasına düşən raketlərdən birində kasetli sursatlarından istifadə edilib.

İsrail Müdafiə Qüvvələri sakinlərə zərbə yerində hələ də partlaya biləcək, yerdə qalan obyektlərə toxunmamağı və onları hərəkətə gətirməmək barədə xəbərdarlıq edib. Daxili Qoşunların Komandanlığı da əhsliyə eyni müraciət ünvanlayıb.

İranın İslam İnqilabı Keşikçiləri (İİKK) Korpusu xəstəxanaya zərbə endirdiyini təsdiqləsə də, təfərrüatlara varmayıb. İİKK istifadə edilən döyüş başlıqlarının "eyni zamanda bir neçə hədəfi dəqiq vurmaq məqsədilə nəzərdə tutulmuş daha kiçik sursatlardan istifadə etdikləri" barədə rəsmi məlumat veriblər. Lakin İİKK rəhbərliyi rəsmi olaraq kaset bombalarından istifadə edilməsi ilə bağlı heç nə deməyiblər.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
17-06-2025, 12:50 İki neft tankeri toqquşub