Azərbaycandan 17 ölkəyə neft ixrac olunub - Siyahı
Tarix: 19-06-2025 17:55 | Bölmə: İqtisadiyyat
Azərbaycandan 17 ölkəyə neft ixrac olunub

Bu ilin yanvar-may aylarında Azərbaycandan 17 ölkəyə 10 milyon 363 min 108,79 ton həcmində neft ixrac olunub.

Bu barədə Dövlət Gömrük Komitəsi hesabat yayıb.

Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-10 ölkələr sırasına İtaliya, Xorvatiya, Rumıniya, Portuqaliya, Çexiya, Almaniya, Böyük Britaniya, İrlandiya, Yunanıstan və Niderland daxil olub.

Bu ilin beş ayında Azərbaycan İtaliyaya 3 milyard 88 milyon 100,61 min ABŞ dolları dəyərində 5 milyon 730 min 746,71 ton, Xorvatiya 408 milyon 862,68 min ABŞ dolları dəyərində 744 min 703,91 ton, Rumıniya 377 milyon 106,29 min ABŞ dolları dəyərində 683 min 725,65 ton xam neft ixrac edib. Portuqaliya 310 milyon 369,1 min ABŞ dolları dəyərində 576 min 34,89 ton və Çexiya 304 milyon 667,44 min ABŞ dolları məbləğində 558 min 693,27 ton neft tədarük edilib(Report).





Bölməyə aid digər xəbərlər