Rusiyanın neft emalı zavodunu partladıblar
Tarix: 07-07-2025 17:16 | Bölmə: Xəbərlər
Rusiyanın neft emalı zavodunu partladıblar

Ukraynanın uzaqmənzilli pilotsuz təyyarələri Rusiyanın Krasnodar diyarında A. Şamar adına İlski neft emalı zavodunu vurub.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna mediası kəşfiyyatındakı mənbələrinə istinadla yazıb.

Məlumata görə, PUA-nın obyektə hücumu nəticəsində müəssisənin texnoloji sexlərindən birinə zərbə endirilib.

Neft emalı zavoduna hücumu yerli media da təsdiqləyir.

Qeyd olunur ki, İlski neft emalı zavodu Cənub Federal Dairəsinin aparıcı neft emalı zavodlarından biridir. Bu zavod karbohidrogen xammalı qəbul edir, saxlayır və emal edir, həmçinin hazır məhsulu avtomobil və dəmir yolu ilə göndərir.

“Bu neft emalı zavodu Rusiyanın hərbi sənaye kompleksinin bir hissəsidir və Ukraynaya qarşı müharibədə iştirak edir”, - deyə Ukrayna KİV-ləri yazır.

ELÇİN




Bölməyə aid digər xəbərlər