Zərdabda 36 yaşlı şəxs dəhrə ilə vurulub
Tarix: 28-08-2025 09:41 | Bölmə: Xəbərlər
Zərdabda 36 yaşlı şəxs dəhrə ilə vurulub

Zərdab rayonunda mübahisə ağır xəsarətlə nəticələnib.

Məlumata görə, hadisə Qoşaoba kəndində qeydə alınıb.

22 yaşlı Abbas Abbasov qohumu ilə mübahisə edən 36 yaşlı həmkəndlisi Məhəmməd Talıblını dəhrə ilə vuraraq xəsarət yetirib.

Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır(Qafqazinfo).




Bölməyə aid digər xəbərlər