Küləki hava daha iki gün davam edəcək
Tarix: 27-08-2025 11:04 | Bölmə: Xəbərlər
Küləki hava daha iki gün davam edəcək

Azərbaycanda müşahidə olunan küləkli hava avqustun 29-u gündüzədək davam edəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a bildirilib ki, ölkə ərazisinin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə Quba və Qusarda qısamüddətli yağış yağıb (1 mm).

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Culfada 21, Neftçalada 20 m/s-dək güclənir.




Bölməyə aid digər xəbərlər
22-08-2025, 14:28 Baş mühasib həbs olunub