Abşeronda 54 yaşlı kişi öldürülüb - Yenilənib
Tarix: 28-08-2025 17:37 | Bölmə: Xəbərlər
Abşeronda 54 yaşlı kişi öldürülüb

Abşeronda qətl törədilib.

Məlumata görə, hadisə bu gün günorta saatlarında Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1972-ci il təvəllüdlü Vüqar Abuzərov münaqişə zəminində həmyerlisi, 1971-ci il təvəllüdlü Adil İmambaxışova bıçaq xəsarətləri yetirib. O, aldığı xəsarətlərdən ölüb. 

Polis əməkdaşları Vüqar Abuzərovu saxlayaraq istintaqa təhvil verib. 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır(Report). 

***

Avqustun 28-də saat 14 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində 1971-ci il təvəllüdlü Adil İmambaxışovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Abşeron rayon prokurorluğundan Reyting.az-a bildirilib ki, araşdırma zamanı 1972-ci il təvəllüdlü Vüqar Abuzərovun bıçaqla xəsarət yetirərək Adil İmambaxışovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. V.Abuzərov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.




Bölməyə aid digər xəbərlər