Qəzzada ölənlərin sayı 62 895-ə çatıb
Tarix: 28-08-2025 07:51 | Bölmə: Xəbərlər
Qəzzada ölənlərin sayı 62 895-ə çatıb

İsrailin bölgədə davam edən hücumları nəticəsində Qəzza zolağında ölən və yaralananların sayı artır.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi Fələstin Səhiyyə Nazirliyinə istinadla yayıb.

Cari ilin yanvarın 19-da qüvvəyə minən atəşkəs razılaşmasının pozulmasından sonra İsrail ordusunun martın 18-dən bu günə kimi həyata keçirdiyi hücumlarda ölənlərin sayı 10 min 50-yə, yaralıların sayı isə 46 min 886-ya çatıb. Müharibə başlayandan isə 62 895 fələstinli həlak olub.

Məlumatda bildirilir ki, son 24 saat ərzində yardım almağa çalışan 18 fələstinli həlak olub, 106 nəfər yaralanıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər