Rusiya ordusu Dneprə yenidən zərbələr endirib
Tarix: 17-07-2025 10:11 | Bölmə: Xəbərlər
Rusiya ordusu Dneprə yenidən zərbələr endirib

Rusiya hərbi qüvvələri yenidən Ukraynanın Dnepr şəhərinə hücum edib. 22 dron şəhər üzərində görünüb.

Reyting.az
xəbər verir ki, bunu Dnepropetrovsk regionunun rəhbəri Sergey Lysak bildirib.

Məlumata görə, hücum nəticəsində bir nəfər ölüb, daha beş nəfər yaralanıb. Yaralananlardan üçünün vəziyyəti ağırdır.

Qeyd edək ki, dünən Rusiya Donetsk bölgəsindəki Dobopoliyə hücum edərək, şəhərə 500 kiloqram bomba atıb. Bölgənin Hərbi idarə rəhbəri Vadim Filaşkin bildirib ki, hücum zamanı 27 nəfər ölüb və ya yaralanıb. Ümumilikdə 54 pərakəndə satış yerinə, 13 evə, 304 mənzilə və səkkiz avtomobilə ziyan dəyib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər