Çanaqqalada 2220 nəfər təxliyə edilib
Tarix: 13-08-2025 08:16 | Bölmə: Xəbərlər
Çanaqqalada 2220 nəfər təxliyə edilib

Çanaqqalada baş verən meşə yanğınından 139 vətəndaş zərər çəkib.

Reyting.az
“Anadolu” agentliyinə istinadla bildirir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Daxili işlər naziri deyib ki, hazırda müalicə alan 4 vətəndaş var və onların sağlamlıq vəziyyəti yaxşıdır. “Ümumilikdə bölgədən 2220 vətəndaşımızı təhlükəsiz zonalara təxliyə etmişik”,- deyə Ə. Yerlikaya əlavə edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
9-08-2025, 11:33 Göyçayda zəlzələ olub