Mingəçevirdə bıçaqlanma hadisəsi olub
Tarix: 13-08-2025 10:26 | Bölmə: Cəmiyyət
Mingəçevirdə bıçaqlanma hadisəsi olub

Mingəçevirin Nizami küçəsində 30 yaşlı şəxs bıçaqlanıb.

Reyting.az
xəbər verir ki, Yevlax rayon sakini, 2004-cü il təvəllüdlü  Rəşad Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1995-ci il təvəllüdlü İbrahim Tahirinin döş nahiyəsinə bıçaqla xəsarətlər yetirib.

Yaralı Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan saytımıza bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır.




Bölməyə aid digər xəbərlər
23-09-2025, 09:14 Sabirabadda zəlzələ olub