Elan saytlarında vətəndaşları aldadan şəxs tutulub - Foto
Tarix: 13-08-2025 09:09 | Bölmə: Cəmiyyət
Elan saytlarında vətəndaşları aldadan şəxs tutulub

Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə elan saytlarında vətəndaşları aldadan 28 yaşlı Orxan Hüseynov saxlanılıb.

Reyting.az
DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadla bildirir ki, o, ev heyvanları satmaq adı ilə saytlarda yalan elanlar yerləşdirib və onlayn yolla alıcıların maddi vəsaitini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

O. Hüseynovun əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.





Bölməyə aid digər xəbərlər
9-08-2025, 12:26 Sabah yağış yağacaq
6-08-2025, 11:42 Narkokuryerlər tutulublar