Ankarada zəlzələ baş verib
Tarix: 11-08-2025 09:28 | Bölmə: Xəbərlər
Ankarada zəlzələ baş verib

Bu gün Ankaranın Çankaya rayonunda 3,4 bal gücündə zəlzələ olub.

Reyting.az
xəbər verir ki, zəlzələ səhər saat 6:33-də qeydə alınıb.

Kandilli rəsədxanası zəlzələnin 5,3 kilometr dərinlikdə olduğunu açıqlayıb.

Fövqəladə Hallar İdarəsi (AFAD) Etimesqutda 3,2 bal gücündə zəlzələ olduğunu bildirib.

Zəlzələ Çankayanın Beştəpə rayonundan 1,05 kilometr, Söğütözündən isə 1,22 kilometr aralıda baş verib.

Zəlzələdən sonra Ankara meri Mansur Yavaş sosial şəbəkədəki paylaşımında “Etimesqutda 3,2 bal gücündə zəlzələdən zərər çəkən vətəndaşlarımıza ən xoş arzularımı çatdırıram”,- yazıb.

Qeyd edək ki, dünən qardaş ölkədə baş verən zəlzələ zamanı bəzi dağıntılar qeydə alınıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
9-08-2025, 11:33 Göyçayda zəlzələ olub