Əlavə ixtisas seçimi başlayır
Tarix: 31-08-2016 17:14 | Bölmə: Xəbərlər


2016-2017-ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə əlavə ixtisas seçimi 1-6 sentyabr 2016-cı il tarixlərində həyata keçiriləcək. Dövlət vəsaiti hesabınailk peşə-ixtisas təhsili almaq istəyənlərBakı və Gəncə şəhərlərində fəaliyyət göstərən "ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Reyting.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, əlavə ixtisas seçimində I mərhələdə iştirak etməyən namizədlərin də müraciət etməsinə imkan yaradılacaq.11-26 avqust 2016-cı il tarixlərindəkeçirilən ilk mərhələ üzrə 3245 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Qeyd edək ki, "ASAN peşə” layihəsi Təhsil Nazirliyi ilə "ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində pilot olaraq reallaşdırılır.

"ASAN peşə” layihəsi vətəndaşların rahatlığının təmin olunması, Təhsil Nazirliyi-"ASAN xidmət” əməkdaşlığının səmərəliliyinin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir.

 





Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb