16:45 / 03-05-2025
Yoxlama - Akif Abbasov yazır
Yerin fırlanmasını ləngidiblər - Foto
Tarix: 03-05-2025 16:54 | Bölmə: Slayd
Yerin fırlanmasını ləngidiblər

Çin tərəfindən Yantszı çayı üzərində "Üç dərə" adlanan su elektrik stansiyasının (SES) tikintisi zamanı Yer kürəsinin fırlanması ləngiyib. Bu, NASA alimi və Qoddard Kosmik Uçuşlar Mərkəzinin geofiziki Bencamin Fonq Çaonun hazırladığı elmi hesabatdan bəlli olur.

Reyting.az
xatırladır ki, uzunluğu 2335 metrə çatan, hündürlüyü 185 metr olan böyük "Üç dərə" bəndinin əsas tikintisi 2012-ci ildə başa çatıb. İnşası başa çatdığı gündən az bir müddət sonra tamamilə işlək vəziyyətə gətirilmiş su anbarında, dəniz səviyyəsindən 175 metr yüksəklikdə toplanan 40 kub kilometr su ehtiyatı var. Bu isə onu göstərir ki, böyük "Üç dərə" ciddi çəkili enerji mənbəyi kimi Çin üçün çox əhəmiyyətli su bəndidir.

Bencamin Fonq Çao sübut edib ki, böyük həcmdə maye tutumuna malik olan adıçəkilən SES-in tikintisi, eləcə də yeni bəndin istifadəyə verilməsi Yer kütləsinin paylanmasını dəyişib və nəticədə onun fırlanmasını ləngidir.



Bundan əvvəl, alim su elektrik stansiyası bloklarının tikintiləri davam edən zaman eyni hadisələrin təkrarlandığını söyləsə də, onun fikirlərini ciddiyə almayıblar.

Çaonun elmi hesablamalarına görə, məhz elə bu səbəbdən gün 0,06 mikrosaniyə uzanıb və Yer planetinin oxu təxminən iki santimetr yerdəyişməyə məruz qalıb.

Çinin "Üç dərə" stansiyasında sonuncu böyük blokun tikintisi 2024-cü ildə tam başa çatmamış Çao həmin il də, növbəti 2025-ci ildə də eyni proqnozları vermişdi.

Çao istinad üçün bildirib ki, bu ləngimə kainatın bütün tarixində üç əlavə günə bərabərdir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər