16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Şəkidə 24 şagird və 3 müəllimin zəhərlənib - Yenilənib
Tarix: 23-05-2023 15:53 | Bölmə: Xəbərlər
Şəkidə 24 şagird və 3 müəllimin zəhərlənib

Bu gün günorta saatlarında Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a bildirilib ki, qeyd olunan faktla bağlı araşdırmalara başlanılıb və hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır.

***

Şəki rayonunun Qudula kənd tam orta məktəbində 27 nəfər şəxsin - 24 şagird və 3 müəllimin zəhərlənməsi faktı üzrə Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Reyting.az B
aş Prokurorluğa  istinadla bildirir ki, zəhərlənmənin səbəbinin müəyyən olunması məqsədilə zəruri nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib, eləcə də araşdırma üzrə əhəmiyyət kəsb edən digər hərəkətlər aparılıb.

Hazırda araşdırma davam etdirilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}