Zəfər Partiyası Kamal Kılıçdaroğlunu dəstəkləyəcək
Tarix: 24-05-2023 13:31 | Bölmə: Xəbərlər
Zəfər Partiyası Kamal Kılıçdaroğlunu dəstəkləyəcək

Zəfər Partiyası 28 mayda Türkiyədə keçiriləcək təkrar prezident seçkilərində Kamal Kılıçdaroğlunu dəstəkləyəcək.

Reyting.az
xəbər verir ki, bununla bağlı Millət İttifaqının lideri Kamal Kılıçdaroğlu ilə Zəfər Partiyasının lideri Ümit Özdağ az əvvəl birgə açıqlama veriblər.

İlk çıxış eədn Özdağ deyib ki, Kılıçdaroğlu ilə konsensusa gəliblər və 28 mayda bütün gücləri ilə onun qələbəsi üçün çalışacaqlar.

Kılıçdaroğlu isə qərarlarına görə Özdağa təşəkkür edib. Prezidentliyə namizəd bildirib ki, 28 mayda qələbə qazanaraq Türkiyəni qaranlıqdan aydınlığa çıxaracaq.

E. ARAZ




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}