FHN-nin 15 ədəd xüsusi təyinatlı avtomobili Xankəndi şəhərinə yola düşüb - Yenilənib
Tarix: 26-09-2023 17:12 | Bölmə: Cəmiyyət
FHN-nin 15 ədəd xüsusi təyinatlı avtomobili Xankəndi şəhərinə yola düşüb

Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışdan sonra yaranmış yanğını lokallaşdırmaq məqsədi ilə hadisə rayonuna Ağdam və ətraf rayonlardan yanğınsöndürmə texnikaları və canlı qüvvə göndərilib.

Reyting.az
xəbər verir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə hələ də davam edən yanğının söndürülməsi üçün Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndi şəhərinə yola düşüb.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilir ki, ehtiyac yaranacağı təqdirdə əlavə qüvvələr də cəlb olunacaq.








Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}