Qarabağa avtobusla səfər etmək üçün yaş məhdudiyyəti aradan qaldırılıb
Tarix: 26-10-2023 17:27 | Bölmə: Cəmiyyət
Qarabağa avtobusla səfər etmək üçün yaş məhdudiyyəti aradan qaldırılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reysləri ilə səfər üçün yaş məhdudiyyəti aradan qaldırılıb.

Reyting.az
xəbər verir ki, sabahdan 18 yaşına çatmayan şəxslər üçün də www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada bilet almaq mümkün olacaq.

Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq

bütün xəbərlər