Polisin açdığı atəş iki həmkarını öldürüb
Tarix: 13-03-2024 08:57 | Bölmə: Cəmiyyət
Polisin açdığı atəş iki həmkarını öldürüb

Martın 13-də saat 03 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.

Reyting.az
xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidməti məlumat yayıb.

Polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar. Göstərilən tibbi müdaxilələrə baxmayaraq onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq