12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Direktor müavinini şantaj edən şəxslərə hökm oxunub
Tarix: 03-07-2024 10:57 | Bölmə: Cəmiyyət
Direktor müavinini şantaj edən şəxslərə hökm oxunub

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Azər Həsənov və Zamin Əmirovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Məlumata görə, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Azər Həsənov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, digərinə isə şərti cəza verilib.

Qeyd edək ki, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Bayram Mikayılovu barəsində rüsvayedici məlumatlar paylaşacaqları ilə hədələyərək ondan 15000 manat pul tələb edən iki nəfər - rayon sakinləri A.Həsənov və ZƏmirov saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxslər həmyerlilərini barəsində rüsvayedici məlumatlar paylaşacaqları ilə hədələyərək əvvəlcə ondan 30 000 manat pul tələb ediblər. Daha sonra 15 000 manat müqabilində razılığa gələrək, iyun-iyul aylarında zərərçəkəndən 6 100 manat pul alıblar.

Faktla əlaqədar A.Həsənov və Z.Əmirov barəsində Sabirabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb(Pravda.az)




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər