Apteklərdə nöqsanlar aşkar edilib
Tarix: 03-07-2024 17:35 | Bölmə: Cəmiyyət
Apteklərdə nöqsanlar aşkar edilib

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi bu ilin iyun ayı ərzində 23 aptekdə yoxlama aparıb.

Reyting.az
Analitik Ekspertiza Mərkəzinə istinadla bildirir ki, Bakı şəhəri üzrə 20, respublikanın digər şəhər və rayonlarında isə 3 aptek olmaqla, ümumilikdə 23 aptek yoxlanılıb. 21 aptekdə planlı, 1 aptekdə plandankənar və 1 aptekdə yoxlamadan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 452.3 maddələri üzrə protokollar tərtib edilib.

Analitik Espertiza Mərkəzi vətandaşlara müraciət etməyi də unutmayıb:

Aptek müəssisəsi barədə hər hansı şikayət, müraciətlə bağlı və ya alınan dərman vasitəsinin keyfiyyəti barədə şübhə yaranarsa, ilkin olaraq apteklərin üzərindəki tanıtma lövhələrində qeyd olunan Səhiyyə Nazirliyinin Analitik Espertiza Mərkəzinin 012-596-07-12 nömrəli “qaynar xətt”inə, [email protected] elektron ünvanı və ya www.pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə məlumat verin.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər